CAPI (Computer-Assisted Personal Interviewing) – Planşet sistemli sorğu
Bu komputerlə məlumatların işlənməsi texnikasıdır. CAPI araşdırmalarında istifadə olunan avadanlıq planşetlərdir. Bu üsul, anketlərdən toplanan məlumatların planşetdə istifadə edilə bilən bir proqram köməyi ilə şifrəli daxilolmasını təmin edir və məlumatların analizə uyğun tərtib olunmasını asanlaşdırır.
Bu metodun üstünlükləri:
1. Məlumatların sürətli toplanması
2. Toplanan datanın keyfiyyətinə nəzarət
3. Mürəkkəb keçidli sualların məntiqi ardıcıllığını təmin edən sorğuların hazırlanması
4. Keçirilən sorğuların səslərinin yazılması
5. GPS modulu vasitəsilə sorğu keçirilən məntəqələrin izlənməsi
6. Sorğuların başlama və bitmə müddətinin avtomatik olaraq serverə köçürülməsi
7. Sorğuların internet tələb olunmadan keçirilməsinə imkan yaradır, keçirilmiş sorğular günsonu toplu halda internet vasitəsilə servere göndərilə bilər
8. Toplanmış datanın emal prosesinin asanlaşdırılması və vaxta qənaət edilməsi
CATI (Computer-Assisted Telephone Interviewing) – Telefon sistemli sorğu
Komputer tərəfindən dəstəklənən anket sistemləri, sistemləşdirilmiş nömrə bazası üzərindən telefon vasitəsilə sorğu keçirib anketin toplanmasına imkan verir.
Zaman və büdcə baxımından daha ekonomik sistemdir.

Bu metodun üstünlükləri;
- Məlumatların sürətli toplanması
- Araşdırma zamanı açıq suallara daha yaxşı cavab almaq
- Sualların boş buraxılmasının qarşısını almaq
- Müsahibin səhv buraxma ehtimalının aşağı olması
- Toplanan datanın keyfiyyətinə nəzarət
- Mürəkkəb keçidli sualların məntiqi ardıcıllığını təmin edən sorğuların hazırlanması
- Keçirilən sorğuların səslərinin yazılması
- Sorğuların başlama və bitmə müddətinin avtomatik olaraq serverə köçürülməsi
- Sorğuların internet tələb olunmadan keçirilməsinə imkan yaradır, keçirilmiş sorğular günsonu toplu halda internet vasitəsilə servere göndərilə bilər
- Toplanmış datanın emal prosesinin asanlaşdırılması və vaxta qənaət edilməsi

CAWI (Computer-Assisted Web Interviewing) – Onlayn Sorğu
Xüsusilə təhlil mərhələsində verdiyi üstünlüklərə görə daha sürətli və daha səmərəli məlumat toplamaqla müştəri məmnuniyyətini, müştəri profilini, müştəri münasibətlərini və davranışlarını təyin etmək üçün tətbiq olunan məlumat toplama üsuludur. CAWI, respondentlərə göndərilən link üzərindən şirkətimiz tərəfindən hazırlanmış internet əsaslı anketlərin doldurulması sistemidir.

Survey TOGO |
Sorğuların planşet və komputerə adaptasiyasını təmin edən aplikasiya. |
Control modulu |
Müsahibələr zamanı suallar arasında məntiqi ardıcıllığın qorunmasını və cavablama xətalarının aradan qaldırılmasını təmin edir. |
Voice capture modulu |
Müsahibələr zamanı hər bir sorğunun xüsusi məlumatlar (ID, sorğunun keçirilmə müddəti, tarixi və s.) üzrə səs yazmasını təmin edir. |
Image Capture modulu |
İntervuerin sorğunu hansı məkanda keçirdiyini təsdiq etmək imkanı verir. |
GPS funksiyası |
Sorğu keçirilən məkanın GPS koordinatlarının məlumat bazasına ötürülməsini təmin edir. |
Offline funksiyası |
Gün ərzində sorğuların keçirilməsi üçün internetə olan ehtiyacın aradan qaldırılmasını təmin edir. Sorğular sorğu qurğularının yaddaşında saxlanılır. Keçirilmiş sorğular istənilən zaman internet şəbəkəsinə qoşularaq serverə ötürülə bilir. |
Timing modul |
Sorğunun keçirildiyi tarix, başlama və bitmə müddətini, keçirilmiş sorğunun müddətini serverə ötürməyə imkan verir. |