Araşdırmalarımız

2023

E-ticarətdə cari bazarın öyrənilməsi. Bazarda tələb və təklifin cari vəziyyəti haqqında.
İnternet üzərindən alış-veriş vərdişlərinin öyrənilməsi. Üstünlüklər. Təşviq edilmə yolları. TOP onlayn platformalar və s öyənilməsi

2022

Azərbaycanda gənclərin həyat şəraiti necədir?
Onlar necə hiss edirlər? Arzularına çatacaqlarına
inanırlarmı? Onların hansı rəqəmsal vərdişləri var?

İyul 2020

Bu araşdırmanın məqsədi istehlakçıların istifadə etdikləri markalar haqqında biliklərini ölçmək və eyni kateqoriyada ən çox istifadə edilən markaları və həmin markaları istifadə etmə səbəblərini ortaya çıxarmaqdır.

May 2020​

Azərbaycanlı sürücülər arasında keçirilmiş bu sorğuda respublika ərazisində xidmət göstərən hansı radio kanallarını daha çox dinlədikləri araşdırılmışdır. Sorğuda 555 avtomobil sürücüsü iştirak etmişdir.

May 2020

Bu araşdırmanın məqsədi istehlakçıların istifadə etdikləri markalar haqqında biliklərini ölçmək və eyni kateqoriyada ən çox istifadə edilən markaları və həmin markanı istifadə səbəblərini ortaya çıxarmaqdır.

Aprel 2020

Araşdırmanın məqsədi “İstehlakçı davranışlarının mahiyyətini və xüsusiyyətlərini” öyrənərək statistik məlumatlar əldə etmək və bu istiqamətdə müəssisələri məlumatlandırmaqdır.

Aprel 2020

Həm qlobal məkanda, həm də ölkəmizdə  yaranmış pandemiya fərdlərin psixolojik davranışlarına öz təsirini göstərmişdir. Hər bir fərd bir ailə nümayəndəsi olduğu üçün pandemiya ilə əlaqədar yaranmış vəziyyət onların ailə münasibətlərinə də  etmişdir.

Aprel 2020

Koronavirus pandemiyası bir sınaq mərhələsi oldu. Belə ki, insanların alış-veriş davranışlarına təsir etdi. Belə ki, Bakı şəhəri üzrə respondentlərin 25 faizinin əvvəlki dövrlərə nisbətən daha çox alış veriş etdiyi məlum olmuşdur.

Aprel 2020

Araşdırmanın məqsədi “İstehlakçı davranışları” üzrə statistika məlumatları və il ərzində müqayisəli hesabat hazırlamaqdır. Bir Call Bus 2 sorğusu bir neçə sektoru əhatə edir.

Mart 2020

Bu araşdırmanın məqsədi respondentlərin gündəlik həyat tərzlərini öyrənmək, hansı problemlərlə qarşılaşdıqlarını, alış-veriş edərkən hansı marketlərə üz tutduqlarını və s. kimi məlumatları araşdırmaqdır.

Fevral 2020

Bu araşdırmanın məqsədi Bakı sakinlərinin gündəlik istehlak vərdişlərini öyrənməkdir. Sorğu Bakı şəhəri sakinləri arasından təsadüfi yolla seçilmiş 650 respondentlə keçirilmişdir. Araşdırmada Planşet dəstəkli Klassik Telefon sorğu metodu istifadə edilmişdir.

İyul 2019

İstehlakçıların istehlak və alış vərdişlərini, bazardakı imkanları və bu sahələrdəki dəyişiklikləri görmək, məhsul və marketinq səylərinizi istiqamətləndirmək üçün bu araşdırmanı həyata keçirdik.

Aprel 2019

Yalnız yüksək keyfiyyətli xidmət göstərən müəssisələr baş verən bu rəqabət mühitindən daha az təsirlənə bilərlər. Bu layihənin də məqsədi Gizli Müştəri Araşdırması üsulu ilə müəssisələrdə göstərilən xidmətin keyfiyyətini ölçməkdir.

Aprel 2019

Bu araşdırmanın məqsədi istehlakçıların istifadə etdikləri markalar haqqında biliklərini ölçmək və eyni kateqoriyada ən çox istifadə edilən markaları və həmin markaları istifadə etmə səbəblərini ortaya çıxarmaqdır.

Fevral 2019

İstehlakçı İnam İndeksi, istehlakçıların şəxsi maliyyə vəziyyətini və ümumi iqtisadiyyatla bağlı mövcud vəziyyəti qiymətləndirmələrini və gələcəkdəki gözləntilərini, xərcləmə meyllərini ölçmək məqsədi daşıyır.

2022

Araşdırmalar göstərir ki, insanlar rahatlaşdıqca tez-bazar hazırlanan yeməklərə (fast-food), avtomatik qurğulu mallara, o cümlədən bəyaz əşya mallarının istifadəsinə daha çox maddi vəsait xərcləməyə meyillənirlər.