Markalar haqqında məlumatlılıq gender və
yaş qrupuna görə fərqlənir. Ümumi olaraq
onlayn platformaları kişilər daha çox
tanıdığı halda, LC Waikiki, DeFacto və
Koton kimi geyim mağazaları qadınlar
arasında daha çox tanınır.
Yaş kateqoriyaları baxımından 25-34 yaş
qrupuna mənsub olan insanların internet
alış-veriş platformalarına daha çox bələd
olduğu müşhidə olunur. Digər tərəfdən 16-
24 yaş qrupunda Koton markasının
tanınması yüksək görünsə də, 35-44 yaş
qrupunda Kontakt Home, İrşad və Baku
Electronics kimi yerli markaların daha çox
tanındığının şahidi oluruq.