Azərbaycanda qablaşdırılmış içməli su bazarını liderləri məlum olub.

FED.az xəbər verir ki, bu «Business İnsight» şirkətinin apardığı araşdırmada məlum olub.

Qablaşdırılmış içməli su qavrayışının və istehlakının hansı səviyyədə olduğunu araşdırmaq məqsədi ilə aparılan sorğuda məlum olub ki, hər 10 nəfərdən cəmi 3 nəfəri (29%) evə qablaşdırılmış içməli su alır. Bu göstərici Bakı şəhərində nisbətən çox (35.4%), regionlarda isə azdır (21.3%). Sorğuda iştirak edənlər qeyd edir ki, su istehlakında sağlamlıq baxımından yalnız kəmiyyətə deyil həm də keyfiyyətə diqqət yetirilməlidir.

Evə qablaşdırılmış su alanlardanböyük hissəsi «Sirab» sularına daha çox üstünlük verirlər (ev üçün qablaşdırılmış su alanların 29%-i). Sıralamada ikinci yeri 14,7%-lə “Gədəbəy Mineral Suları” şirkətinin brendi olan «Slavyanka», 10,2%-lə isə «Azərbaycan Coca-Cola Bottlers» şirkətinin brendi olan «Bonaqua» izləyir. 

8-15 may tarixlərində Azərbaycanın 8 bölgəsində keçirilən sorğuda 1702 respondent iştirak edib.

İştirakçıların 51,5%-i kişi, 48,5%-i qadın olub. Sorğu bütün yaş qruplarını əhatə edib.

Source: Fed.az

Categories: News